Doqquz yaşına qədər uşaqların bir çoxu öz mobil cihazlarına sahibdirlər.

On iki yaşında bu rəqəm 70% -ə yüksəlir.

Bu gənc nəsil əvvəllər heç görmədiyimiz bir dərəcədə bu cihazlara bağlıdırlar.

Bir cib telefonu, planşet və ya kompüter vasitəsi ilə övladlarımız günlərinin bir çox hissəsini virtual aləmdə keçirirlər və orada özlərini təhlükəsiz saxlamaq bacarıqlarını inkişaf etdirməlidirlər.

Uşaqların virtual aləmdə tez-tez qarşılaşdıqları problemlərlə necə rəftar edəcəyi valideynlər üçün bir narahatlıq yaradır.

Radikallaşma, sosial istismar və təzyiqlə necə mübarizə aparacaqlar?

Onlar saxta xəbərləri necə ayırd edə biləcəklərini bilirlərmi?

Daha əvvəl IQ (İntellektual zəka) və EQ (Emosional zəka) haqqında eşitmişik.

2017-ci ildə isə zəka ölçüləri arasına Rəqəmsal zəka (Digital Quotient) ölüçüsü də əlavə olundu.

Rəqəmsal zəka Uşaqların rəqəmsal məkanda davranışlarını müəyyən edir.

Gün ərzində sosial mediada uşaqlar yüzlərlə informasiya ilə qarşılaşır. Bu xəbərlərin doğru olduğunu müəyyən etməyi birbaşa onların rəqəmsal zəkasından asılıdır.

Eyni zamanda uşaqların sosial mediada yaratdığı öz şəxsi kimliyini düzgün formalaşdırmağı da onların rəqəmsal zəkasından xəbər verir.

Bunlar kimi uşaqların rəqəmsal davranışlarına bir çox nümunə gətirmək olar. Valideyn olaraq yadda saxlamlıyıq ki, uşaqlarımızın rəqəmsal məkanda təhlükəsizliyini təmin etmək üçün onları daim maarifləndirməliyik.

Artıq dünyanın bir çox ölkəsində iş müsahibələrində İntellektual və emosional zəka ilə yanaşı onların Rəqəmsal zəka səviyyəsini də ölçürlər.

Odur ki, uşaqlarımızı rəqəmsal məkanda öz şəxsi kimliyini yaratması üçün onları maarifləndirməli və rəqəmsallaşan dünyaya hazır etməliyik.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

×