fbpx

Əlbəttə ki, uğurlu karyera qurmuş valideynlər övladlarının təhsilinə xüsusi qayğı ilə yanaşırlar. Kiçik yaşlardan yeni dil, musiqi, idman kimi müxtəlif fəaliyyətlərlə məşğul olmasını təmin edib, gələcəyə dünya görüşlü, təhsilli övlad yetişdirmək üçün çalışırlar.

Məlum məsələdir ki, həmin valideynlər işgüzardırlar. Vaxtının böyük bir hissəsini uşağını kursa aparmaq üçün yollarda itirmək istəmir.Ümumiyyətlə bunun üçün kifayət qədər zamanı yoxdur. Eyni zamanda övladının həddindən artıq yorulmasını istəmir.

Gənc komanda olaraq sağlam düşüncəli cəmiyyətin formalaşmasında təhsilin əvəzsiz rolunu başa düşərək İşgüzar valideynlərə təhsilli və dünyagörüşlü övlad böyütməkdə yardımçı olmağı qərara aldıq.

Bəs bu problemi necə həll etdik? Biz yeni metod və proqramlara yaxından bələd olan müəllimlərdən ibarət böyük bir komanda formalaşdıraraq evdə təhsil şirkətini təsis etdik. Övladınızı kursa aparmaq, vaxtınızı və enerjinizi yolda sərf etmək kimi problemlərinizin həllini məhz müəlliminizin evinizə gələrək övladınıza elə öz evinizdəcə dərs keçməsində gördük. Və beləliklə Ailə müəllimləri yarandı.

×