fbpx

Övladınıza verə biləcəyiniz ən önəmli hədiyyələrdən biri də bilik hədiyyəsidir!

Günümüzdə ən yaxşı proqramları əldə etmək üçün internetdən istifadə edən valideynlərin sayı artmaqdadır. Uşaqları sakitləşdirmək üçün Ağıllı telefonlar, Planşet və Kompyuterlərdən istifadə edən valideynlərin də sayı az deyil. Yadda saxlamalıyıq ki, bunlar uşaq baxıcısı deyil. Əksinə uşaqlara kiçik yaşlarından texnologiya ilə davranmağı öyrədərək Dünya İnternet Bilik Bazasına çıxışını təmin etmək lazımdır.

Burada İngilis dilinin vacibliyini də qeyd edə bilərik!

Övladınız üçün Onlayn öyrənmə vasitəsi seçərkən nəzərə almalı olduğunuz bir çox məqam vardır! Övladınız neçə yaşındadır? İngiliscə bilik səviyyəsi nə qədərdir?

Bu məqalədə Sizlərlə 5 ən yaxşı platformanı və xüsusiyyətlərini, eləcə də, ondan necə istifadə edə biləcəyinizi paylaşacağıq!

abcmouse.com

2-8 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulmuş bu Platforma 10 inkişaf səviyyəsində 9000 öyrənmə fəaliyyəti, 850-dən çox dərsi özündə birləşdirir. Platforma ödənişli olmağına baxmayaraq istifadənin ilk 30 günü ödənişsizdir. Əgər sizə faydalı olacaqsa növbəti aylarda təxminən aylıq 10 dollar ödəməklə istifadə edə bilərsiniz.

readingeggs

Platforma geniş öyrənmə imkanlarına malik olaraq 2-13 yaş aralığında olan uşaqların istifadəsi üçün nəzərdə tutlmuşdur. Məktəbəqədər yaşda olan uşaqlar üçün müxtəlif Səsli kitablar, İntellektual oyunlar, Videolar mövcuddur. Həmçinin 7-13 yaş aralığı üçün 2500-dən çox kitabın onlayn forması sayta yerləşdirilmişdir.

NATIONAL GEOGRAPHIC KIDS

Platformada olan İnteraktiv Dünya xəritəsi ilə uşaqlar dünya ölkələri ilə tanış ola bilərlər. Bununla yanaşı müxtəlif faydalı oyunlar, videolar mövcuddur ki, bütün bunlar 3-14 yaş aralığı üçün nəzərdə tutulmuşdur.

FUNBRAIN

Platformanın məqsədi öyrənməni əyləncəli etməkdir. Oyunlar, videolar müxtəlif kitabarla bu platformada tanış ola bilərsiniz.

HIGHLIGHTS KIDS

Bu platformada siz Səsli kitabları, oyunları və digər fəaliyyətləri pulsuz əldə edə bilərsiniz. 12 yaşa qədər uşaqlar üçündür, eyni zamanda siz bəzi xidmətləri oflayn olaraq da əldə edə bilərsiniz.

Aşağıdakı linkə daxil olaraq Onlayn İngilis dili dərslərimizlə tanış ola bilərsiniz:

Onlayn tədris

Məlumatı yüklə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

×